Qlobal Media Azadlığı Konfransı

Источник: Foto: Turan İA

Оглавление: Qlobal Media Azadlığı Konfransı

''Heç bir jurnalist peşəsinə görə təqib edilməməli və öz həyatını qurban verməməlidir''

Qlobal Media Azadlığı Konfransı keçirilir

İyulun 10-da Londonda Qlobal Media Azadlığı Konfransı işə başlayıb. Tədbiri Böyük Britaniya və Kanada hökumətləri təşkil edib.

“Turan”ın məlumatına görə, konfransın leytmotivi bütün dünyada media azadlığının təbliğidir, çünki bu, hər ölkənin iqtisadi inkişafının, sosial rifahının müh��m tərkib hissəsidir.

İfadə azadlığı İnsan Hüquqları üzrə Universal Bəyannamənin 19-cu maddəsində nəzərdə tutulub və hökumətlərin bu öhdəliklərə əməl etməklə ba��lı öhdəlikləri var.

Konfransda müxtəlif ölkələrdən bir çox beynəlxalq təşkilatın rəhbərləri, hökumət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirlər, - “Turan”-ın xüsusi müxbiri Londondan məlumat verib.

Konfrans iştirakçıları həyəcan təbili çalaraq jurnalistlərə edilən hücumları dayndırmaq üçün birgə çalışmağın vacibliyini vurğulayıblar.

Çıxışlarda diqqətin yönəldildiyi əsas məqam o olub ki, heç bir jurnalist peşəsinə görə təqib edilməməli və öz həyatını qurban verməməlidir.

Konfransın ilk panellərindən birində ifadə azadlığı ilə bağlı yeni bəyannamənin qəbulu məsələsi müzakirə edilib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bildirib ki, yeni bəyannamə növbəti media azadlığı ilə bağlı problemlərin həllinə kömək edəcək.

Digər paneldə müzakirələrin mövzusu jurnalistlərin təhlükəsizliyi və müdafiəsi olub.

Kanada XİN rəhbərinin moderatorluğu ilə keçirilən müzakirələrdə "Sərhədsiz Reportyorlar" təşkilatının Böyük Britaniya üzrə nümayəndəsi Rebekka Vinsent çıxış edib.

O qeyd edib ki, jurnalist olmaq indiki qədər təhlükəli olmayıb.

"Hazırda dünyada 340 jurnalist həbsxanadadır", - o bildirib.

"Media azadlığı: jurnalistlər təhlükə altında" mövzusunda müzakirələrdə insan haqqları üzrə vəkil Amal Kluni çıxış edib.

"Biz geriyə gedirik. Son 18 ayda 100 jurnalist öldürülüb. Həbsxanalarda rekord sayda jurnalist var. Jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində işgəncə ilə öldürüldü. Dünya liderləri isə ancaq çiyin çəkirlər", - A.Kluni bildirib.

"Mən hüquqi praktikamda jurnalistlərin üzləşdikləri problemlərin şahidi olmuşam. Mən Azərbaycan, Maldiv adaları, Misirdə insan hüquqlarının pozulması, korrupsiya haqda məlumat yaydığına görə öz hökumətləri tərəfindən təqib olunan jurnalistləri təmsil etmişəm. Mənim fondum “TrialWatch” təşəbbüsü bütün dünyada jurnalistlərin təqib olunmasına nəzarət edir", - o vurğulayıb.

A.Klunu Avropa İnsan Haqları Məhkəməsində (AİHM) azərbaycanlı jurnalist Xədicə İsmayılovanı təmsil edir.

O, 2014-cü ilin dekabrında həbs olunub və iqtisadi cinayətlərdə ittiham edilərək 7,5 azadlıqdan məhrum edilib.

X.İsmayılova “Amnesty İnternational” təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

2016-cı ilin mayında onun real cəza müddəti şərti cəza ilə əvəzlənib. Bununla belə, onun xarici səfərlərinə qadağa qoyulub, hesabları qapadılıb.

AİHM-də onun işini Amal Kluni və Nani Yansen aparırlar. Onlar hesab edirlər ki, jurnalist Azərbaycanın hakim elitasında korrupsiyanı ifşa etdiyinə görə təqib olunub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и рес��рсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/qoyrcd

Самое читаемое