Vəkil Elçin Sadıqov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov

Source: Meydan.TV

Caption: Vəkil Elçin Sadıqov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov

Vəkillə qarşı intizam icraatı qərarına xitam verilib

İyulun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Sadıqov haqqında başlanmış intizam icraatı qərarına xitam verib.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb: “Bu gün kollegiyanın sədri hörmətli Anar Bağırov və Rəyasət Heyətinin üzvləri ilə görüşdük. Problemləri müzakirə etdik və həll olundu. İntizam icraatına xitam verildiyi bildirildi”. Vəkil intizam icraatına xitam verildiyi üçün Rəyasət Heyətinə təşəkkür edib. Vəkillər Kollegiyası iyulun 10-da vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması haqda qərar qəbul edib. Səbəb kimi Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşının Elçin Sadıqovdan şikayət məktubu göstərilirdi.

Məktubda deyilirdi ki, vəkil Sadıqov “Facebook”da mərhum vəkil Sərdar Qasımov haqqında tənqidi status paylaşmaqla ailəsini incidib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/titakt

Most Viewed