Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı

Azərbaycana ekstradisiya məsələsi gündəmdə qalıb

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda məhkum olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

“BBC” radiosunun verdiyi xəbərə əsasən, Z.Hacıyeva ev dustaqlığına girov müqabilində buraxılıb.

Girovun məbləği göstərilməsə də, məhkəmə barədə ilkin məlumatlarda girovun 500 min funt sterlinq təyin olunması deyilirdi.

Məlumatda bildirilir ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiya olunması məsələsi gündəmdədir.

Z.Hacıyeva Londonda noyabrın 6-da saxlanılıb. 

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbilə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.

Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Noyabrın 3-də isə Böyük Britaniyanın ilk Makmafiya tərzli araşdırması nəticəsində Zamirə Hacıyevanın 400 funt dəyərindəki zinət əşyalarına həbs qoyulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eur0qw

Ən çox baxılan