Zahid Oruc və Oqtay Əsədov

Mənbə: meydan tv

Başlıq: Zahid Oruc və Oqtay Əsədov

Zahid Oruc dövlət qurumlarının tənqid etdi, Oqtay Əsədov irad bildirdi

''Bu düzgün informasiya siyasəti deyil''

“Baş Prokurorluq, Penitensiar Xidmət məhbus öldükdən 3 gün sonra açıqlama verdi. Bu, düzgün informasiya siyasəti deyil”.

Bunu parlamentin iclasında deputat və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

O, STM rəhbəri olduğu son 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş edib və bir çoxlarında bu siyasətin düzgün qurulmadığını deyib.

STM sədri Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun bir neçə gün əvvəl öl��m�� ilə bağlı məsələni misal çəkib:

“Prokurorluq orqanları və ədliyyə sistemi 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları görməli idi. Buna vaxtında cavab verilməli idi. Belə təbliğat aparılır ki, guya gəncəlilərə qarşı hansısa fəaliyyət var. Aidiyyəti məsul şəxslər və qurumlar vəzifələrini yerinə yetirməli, cəmiyyəti vaxtında məlumatlandırmalıdırlar”.

Z.Oruc deyib ki, prezident tərəfindən bu qurumlara hər cür şərait yaradılıb, hamısının gözəl binaları var, amma hadisələrə vaxtında reaksiya verə bilmirlər.

“Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən də, hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz”.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina ilə bağlı məsələdə də dövlət qurumlarını ictimaiyyətə vaxtında məlumat verməməkdə günahlandırıb.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutaraq, gündəlik ətrafında çıxış etmək lazım olduğunu deyib:

“Dediyin sözlərdə həqiqət var. Bilirəm, danışmayanda darıxırsan. Çalış, gələn dəfə tez-tez danış. Biz də darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”

Zahid Oruc STM İdarə Heyətinni sədri təyin olunduqdan sonra Milli Məclisdə ilk dəfə çıxış edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rszcka

Ən çox baxılan