Yol polisi haqqında səs yayan şəxs cəzalandırıldı

Fariz Qasımov 15 sutka həbs cəzası alıb

Noyabrın 30-da yol polisi haqqında “Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə 1981-ci il təvəllüdlü Fariz Mürvət oğlu Qasımov barəsində inzibati qaydada həbs tədbiri seçilib. O, 15 sutka həbs cəzası alıb. Məlumatı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov təsdiqləyib. Onun sözlərinə görə, Fariz Qasımov iki il müddətinə sürücülük hüququndan da məhrum edilib.

Vaqif Əsədov deyib ki, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanıldığını və məsuliyyətdən yayınmaq üçün polisə böhtan atmaqla belə bir səs yazısı yaydığını etiraf edib.

“Whatsapp”da yayılan səs yazısında Xətai DYP-nin rəisi Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənir.

Bildirilir ki, rəis Babək prospektində qara rəngli, 005 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobillə aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. Bu zaman qarşıda yol polisi həmin sürücüləri saxlayaraq maşını cərimə meydançasına aparır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2xl5ap

Ən çox baxılan