Venesuela ABŞ yardımını əngəlləmək üçün Braziliya ilə sərhədini bağlayır

Madura ABŞ-dan ölkəsinə gələn yardımın qarşısını almağa çalışır

Venesuela prezidenti Nikolas Maduro bəzi müxaliflərin ölkədən kənarda humanitar yardım gətirməyə cəhd göstərməməsi üçün Braziliya sərhədini bağlamağa qərar verib.

Maduro televiziyada etdiyi çıxışında Kolumbiya ilə sərhədini bağlaya biləcəyini açıqlayıb. O, ölkədə böhran yaşanmadığını və Amerika Birləşmiş Ştatlarının humanitar yardım adı ilə hərbi müdaxiləyə hazırlandığını söyləyib.

Müxalif siyasətçi Xuan Quaydo (Juan Guaido) Venesuelanın paytaxtı Karakasdan bir avtomobil korteji ilə Kolumbiya sərhədinə gedir.

Karakasın qərbindəki təhlükəsizlik qüvvələri tərəfindən kortej dayandırıldığı zaman bəzi hadisələr baş verib və gözyaşardıcı qaz istifadə edilib, lakin kortej daha sonra davam edib.

900 kilometr məsafə qət etməli olan Quaydonun korteji Kolumbiyanın Cucuta sərhəd qəsəbəsini hədəfləyir.

Bu günün sonunda sərhədin Kolumbiya tərəfində Venesuelaya yardım toplamaq üçün konsert veriləcək.

Maduro hökumətinin də konsert yerinin 300 metr məsafəsində bir konsert təşkil edəcəyi bildirilir.

Venesuela Mlli Məclisinin spikeri olan Quaydo, ötən ay hökumət əleyhinə etirazlar zamanı özünü keçid lideri elan etmişdi və o, ABŞ, eləcə də bəzi Latın Amerikası, Avropa ölkələri tərəfindən tanınmışdı.

Quaydo və onun müttəfiqləri hökumətin maneə törətməsinə baxmayaraq, qonşu Braziliyayla Kolumbiyaya göndəriləcək ərzaq və dərmanı ölkəyə daxil etməyə ümid edirlər.

Müdafiə naziri və Venesuela ordusunun generalları ilə birlikdə bəyanat verən Maduro Braziliya sərhədinin dünən gecədən etibarən "ikinci bir əmrə qədər tamamilə və dərhal" qapadıldığını açıqlayıb.

Sərhəd normal olaraq gecələr bağlanır və səhər yerli saatla 8-də açılır.

Bu açıqlamadan sonra ehtiyac duyulan vasitələri tədarük etmək istəyən çoxsaylı venesuelalı növbə tutaraq Braziliyanın sərhədindən Pacaraima şəhərinə keçib.

Braziliyanın Jair Bolsonaro liderliyindəki sağ hökumət də yeni seçkilər olana qədər Quaydonu Venesuelanın lideri olaraq qəbul etdiyini açıqlayıb.

Fevralın 19-da Braziliya ABŞ ilə əməkdaşlıq içində sərhəd şəhər Pacaraimaya "Venesuelanın prezidentliyini həyata keçirən Xuan Quaydo tərəfindən venesuelalıların istifadə etdiyi, Venesuelaya aid yük maşınlarıyla təslim alınmaq üzrə" qida və dərman yardımı göndərildiyini bildirmişdi.

Venesuela ordusu indiyə qədər ABŞ tərəfindən göndərilən yardımların Kolumbiya sərhəddindən keçməsini əngəlləyib.

Prezident Maduro “belə bir qərar vermək istəmirəm, amma Kolumbiya sərhədini bağlamaq ehtimalını da dəyərləndirirəm,”- deyə qeyd edib.

Hökumət daha əvvəl Venesuelanın şimalda dəniz qonşusu olan və yenə ABŞ tərəfindən Venesuela üçün yardım lavazimatları göndərilən Hollandiyaya bağlı Karib adası Curacao ilə dəniz sərhəddini də bağlamışdı. Ancaq Maduro hər nə qədər humanitar bir böhran olmadığını söyləsə də, bu həftə Venesuelaya müttəfiq Rusiyadan 300 ton yardım gəlir. BMT-nın təxminlərinə görə son illərdə ölkə iqtisadiyyatını sarsıdan hiper inflyasiya və qıtlıqlar səbəbilə üç milyondan çox insan Venesuelanı tərk edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hfef70

Ən çox baxılan