Sənət adamları tütün qadağası götürülsün deyə imza toplayır

Televiziya və videofilmlərdə, teatr tamaşalarında tütündən istifadə məhdudiyyətinə edilən əlavələr kinoşünasların, incəsənət xadimlərinin etirazına səbəb olub. Onlar imza toplayıb Milli Məclisdən qanuna dəyişiklik edilməsini xahiş ediblər.

Əslində, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşıdırlması haqqında" qanun 2017-ci ili dekabrında ölkə prezidentinin fərmanı ilə təsdiqlənib. Qanunla tütündən nəinki ictimai yerlərdə istifadə, həmiçinin televiziya, kino və teatr vasitəsilə onun təbliği və yayılması qadağan edilib. Noyabrın 2-də isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov "kino və teatr səhnəsində siqaretə qadağanın tətbiqi kino yaradıcılığına ziddir" deyərək, tütünə məhdudiyyətin bu sahəyə aid edilməməsini təklif edib. Spiker Oqtay Əsədov və parlament sədrinin birinci müavini Ziyafər Əsgərov bu fikrə etiraz edib.

Tütün məmulatlarının istifadəsinin məhdudlaşıdırlmasına edilən əlavələrin müzakirəsi sosial şəbəkələrdən də yan ötməyib. Bir sıra sənət adamları və sadə vətəndaşlar da aksiyaya qoşulub. Onlar #imkanverinçəkək #sənətçünbirlik həştəqlərindən istifadə ediblər.

Mədəniyyət Nazirliyindən Meydan tv-yə bildirilib ki, onlar Milli Məclisin bütün qərarılarını dəstəkləyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ut6gu5

Ən çox baxılan