Milli Şura mitinq qərarı aldı

Aksiya üçün paytaxt rəhbərliyinə müraciət olunub

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirilmək haqda qərar qəbul edib.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə danışıb.

Cəmil Həsənli Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri xəbərdarlıq müraciətlərində aksiyanın “Məhsul” stadionu və “Ulduz” metrosunun qarşısındakı meydanı göstərdiklərini deyib.

Cəmil Həsənli bildirib ki, aksiyanın əsas tələbi bloger Mehman Hüseynov da daxil olmaqla bütün siyasi məhbusların azad edilməsi, o cümlədən, ölkənin, xalqın büdcəsindən oğurlanan pulların geri qaytarılması, iqtisadi talan siyasətinə son qoyulması olacaq.

Bundan əvvəl isə Müsavat Partiyası siyasi məhbus hesab edilən şəxslərin azad olunması məqsədilə aksiya keçirməyi planlaşdırmışdı.

Bakı şəhər İcra hakimiyyəti yanvarın 12-nə təyin olunan mitinqə icazə verməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m5slzu

Ən çox baxılan