Məcburi köçkün: ''Qorxdum ki, siçovul uşağı yeyəcək''

İbrahimovlar Ağdam rayonundan köçkün düşüb, Bakıya gələndən elə burada məskunlaşıblar - 186 saylı bağçada. Ümumilikdə bağçada 7 məcburi köçkün ailəsi var. Onlardan 3-ü İbrahimovlardır. Zərifə İbrahimova deyir ki, 2012-ci ilə qədər normal yaşayıblar. Bundan sonra bağçanın təmir olunacağı xəbəri ortaya çıxıb.

Təmirə başlanandan bağça bir az da yararsız vəziyyətə düşüb.

Üç ailə iki otaqda məskunlaşıb. Zərifə İbrahimovanın sözlərinə görə, elə bu səbəbdəndir ki, bir həftədən bir oğulları növbə ilə qaynana evinə qalmağa gedirlər.
Rəhman İbrahimov bildirir ki, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Bakı şəhər İcra Hakimiyətinə bir neçə dəfə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə zəng etsək də, suallara cavab ala bilmədik.
Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, ötən il 12 min məcburi köçkünə ev verilib. Eyni zamanda bu il də azı 20 min köçkün evlə təmin olunacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/45gtmg

Ən çox baxılan