Korrupsiyada ittiham olunan Malta bankı bağlanıb

Dafne Karuana Qalizia

Dafne Karuana Qalizia

 Öldürülən jurnalist bu bankı çirkli pulların yuyulmasında ittiham edirdi

Avropa Mərkəzi Bankı (AB) Maltanın Pilatus Bankının lisenziyasını ləğv edib.

Bu bankın sədri ABŞ-da çirkli pulyuma ittihamları üzrə həbs olunmuşdu.

BBC Maltanın Maliyyə Xidmətləri Orqanına istinadla yazır ki, bu qurum Avropa bankını tədbir görməyə çağırıbmış. 

Bir il öncə avtomobilinə qoyulmuş bombanın partlaması nəticəsində öldürülən jurnalist Dafna Karuana Qalisiyanın (Daphne Caruana Galizia) bu bankı korrupsiya ödənişlərində ittiham edirdi.

Həmin qətldən bəri AB bankla bağlı araşdırma aparırdı.

Martda Malta hakimiyyəti bankın aktivlərini dondurub. Bundan öncə isə bankın sədri Ali Sadr Haşemi Nejad Birləşmiş Ştatlarda saxlandı. Manheten federal məhkəməsinin ittihamnaməsinə görə, o, ABŞ-ın İrana sanksiyalarından yayınma sxemində iştirakda suçlanır.

Jurnalist Dafna Karuana Qalisiyanın bankı bir sıra cinayətlərdə, o cümlədən Malta və Azərbaycanın aparıcı fiqurlarına şübhəli ödənişlərdə ittiham edirdi.

Jurnalistin ölümündə günahlandırılan üç nəfər – Corc və Alfred Deciorcio qardaşları və onların dostu Vinse Muskat 2017-ci ilin dekabrında polis əməliyyatı nəticəsində saxlanıblar. Onlar məhkəmədə özlərini təqsirli bilməyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nm52i0

Ən çox baxılan