İnanclı məhbus Xalid Kazımov: Aclıq aksiyasına başlayacam!

Xalid Kazımov

Xalid Kazımov

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb.

“Cenubpress” internet qəzeti Xalid Kazımovun yaxınlarına istinadən yazıb ki, onun sol gözü tutulmaq üzrədir.

“Ciddi baş ağrılarından yata bilmir. Müayinə olunduqdan sonra “Hepatit C” daşıyıcısı olduğu bildirilsə də, heç bir dərman preparatı verilmir. Həbsinin üçdə bir hissəsi nümunəvi dustaq kimi çəkən, heç bir nöqsanı olmayan inanclı Xalid Kazımov niyə bu ağır xəstəliklə azadlıqa buraxılmır?”- yaxınları deyib.

Xalid Kazımov hüquqlarının bərpa edilməməsi təqdirdə noyabrın 20-dən aclıq aksiyasına başlayacağını bildirib.

“Bundan sonra başıma gələcək hər hansı hadisə və şərləmə olarsa, bilin ki, günahım yoxdur, hüquqlarımı tələb etdiyimə görədir”, - Xalid Kazımov yaxınlarına deyib.

Xalid Kazımov 2012-ci il sentyabrında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vl00j7

Ən çox baxılan