Mənbə: JAMnews

Gürcü müxalif nümayişçilər anti-LGBT, Rusiyapərəst etirazçılarla toqquşub

Gürcüstanın daxili işlər naziri Giorgi Gaxarianın istefasını tələb edən nümayişçilər Tbilisidəki etirazların 20-ci günündə anti-LGBT və Rusiyapərəst aktivistlərlə qarşı-qarşıya gəliblər,- Azadlıq Radiosu xəbər verir.

Rəqib nümayişçilər iyulun 8-dən 9-na keçən gecəni Tbilisinin Rustaveli prospektində keçiriblər.

Onlarla anti-LGBT fəal iyulun 8-də keçirilən LGBT-qürur paradına etiraz olaraq parlament binasının yaxınlığına toplanıblar.

Rusiyayönümlü fəallar da onlara nümayişçilərə dəstək veriblər.

Rəqib etirazçı qruplar arasında qarşıdurma olduğu qeyd edilir. Polis şiddətin artmasına mane olub.

Gaxariya əleyhinə nümayiş edən etirazçılar daxili işlər nazirinin əmri altında olan polisin Gürcüstan ərazisində Rusiyanın təsirinə qarşı iyunun 20-dən etibarən başlamış etirazı yatırmaq üçün həddindən artıq gücdən istifadə etdiyini deyir.

Etirazlarda 240-dan çox insan yaralanıb.

Etirazlar əsasən pravoslav xristian ölkələrindən olan millət vəkilləri ilə görüşdə Rusiya Dövlət Duması deputatının Gürcüstan parlamentinin spikerinin yerinə oturaraq çıxış etməsindən sonra alovlanıb.

Bir çox gürcü vətəndaşı Rusiya-Gürcüstan müharibəsindən 11 il ötməsinə baxmayaraq, Rusiyaya qarşı düşmənçiliyi açıq şəkildə səsləndirir. Müharibə nəticəsində Rusiyanın hərbi qüvvələri tərəfindən Gürcüstanın iki ərazisi - Abxaziya və Cənubi Osetiya işğal edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ebumta

Ən çox baxılan