Əsgər anası: Balamın yasını verməyə imkanım yoxdu

Ordudan təxris olunmasına 3 ay qalmış əsgər Turan Kərimovun meyiti ailəsinə təhvil verilib. İyunun 29-da cənazəsi gətirilən Kərimovu əsgər yoldaşının öldürdüyü iddia edilir. Elə həmin gün əsgərin yaxınları və qonşuları 8-ci km bazarının arxasındakı yolu bağlamışdılar. İyunun 29-da səhər saatlarında Məlahət Kərimova oğlu Turan Kərimovun hərbi xidmətdə yaralandığı xəbərini alır. 19 yaşlı oğlunun meyiti qapısına gələndə anası onun ölümündən xəbərsiz idi.

"Mənim balam səhər-səhər ölüb, necə ölüb, onu bilmirəm. Bircə onu bilsəm, ürəyim rahatlayar, amma bilmirəm”.

Məlahət Kərimova deyir ki, indi onun tək istəyi oğluna şəhidlik statusunun verilməsidir.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi heç bir açıqlama yaymayıb. 2018-ci ilin birinci yarısında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 15 nəfər olub. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi döyüş şəraitində, 12 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8n25ck

Ən çox baxılan