Ekspert bıçaqda Məmməd İbrahimin əl izlərini tapmadı

Məmməd İbrahim

Məmməd İbrahim

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin azadlığa çıxmasına iki gün qalmış onun haqqında başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Meydan TV-yə onun oğlu Turan İbrahim məlumat verib.

T.İbrahim bildirib ki, atası və onun vəkili Cavad Cavadov yaxın günlərdə iş materiallarıyla tanış olacaq. Bundan sonra ittiham aktı təsdiqlənib, M.İbrahim haqqında yeni cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndəriləcək.

T.İbrahim onu da bildirib ki, atasının işi üzrə istintaqın gedişində vəkil ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Ekspertizanın məqsədi 16 saylı cəzaçəkmə müəssisəsində M.İbrahimin döşəyindən tapıdığı iddia olunan bıçaq tiyəsinin üzərində onun əl izlərinin olub-olmadığını müəyyənləşdirmək olub.
"Vəkil vəsatət verərək, yataqdan "tapılan" bıçağa ekspertizada baxılmasını istəmişdi. Ekspertizanın rəyinə görə, bıçağın üzərində Məmməd İbrahimə aid əl izi aşkarlanmayıb", - deyə T.İbrahim bildirib.

Məhkəmənin noyabrda başlayacağı gözlənilir.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. İddia olunur ki, 16 saylı cəzaçəkmə müəssisəsində onun yatağından bıçaq tapılıb.

Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

M.İbrahim özünü təqsirli bilmir, həbsdən çıxmasının qarşısını almaq üçün bıçağın onun yatağına sifarişlə qoyulduğunu deyir.

Penitensiar Xidmət isə bunu təkzib edir. Bildirir ki, bıçaq hal şahidlərinin iştirakıyla tapılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1eu6oj

Ən çox baxılan