"Diqlas" Ticarət Mərkəzi

Mənbə: report.az

Başlıq: "Diqlas" Ticarət Mərkəzi

''Diqlas'' Ticarət Mərkəzi yanıb

Məqalə yeniləndi:  26 Mart 2019

Kəmaləddin Heydərov: ''Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir''

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyə ediliblər.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. ��razidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Ticarət Mərkəzi

Ticarət Mərkəzi

Mənbə: Foto: Turan İA

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.

Nazir K.Heydərov jurnalistlərə deyib ki, ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar da yanan maddələrdir:

“Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Yanan ərazi

Yanan ərazi

Mənbə: Foto: ona.az

Jurnalistlərin sahibkarlara kompensasiya veriləcəyi barədə suala nazir Heydərov belə cavab verib:

“Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Hər bir sahibkar öz malını sığortalamalıdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Fövqəladə hallar naziri Kamaləddin Heydərov

Fövqəladə hallar naziri Kamaləddin Heydərov

Mənbə: Foto: ona.az

Yanğının səbəblərinə gəlincə, K.Heydərov bildirib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı müvafiq addımlar atacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zwp2jv

Ən çox baxılan