Ağacdan ''insan'' yaradan usta

Adəm meşələrdən yığdığı oduncaqları oyaraq simalar çəkir. O, incəsənətin müxtəlif sahələrində çalışsa da, gördüyü işlərlə bağlı heç bir təhsil almayıb.

Əvvəllər rəssamlıq və fotoqrafiya ilə məşğul olub.

Oyma sənəti üçün əsasən palıd ağacından istifadə edir və beləcə qazancını bu sənətlə çıxarır.

Aylıq gəliri fəsilə görə 900-3000 manat arası dəyişir. Dediyinə görə, yayda daha çox əl işi satılır, nəinki qışda.

Əl işlərinə çəkdiyi əziyyətə görə yox, simaya görə dəyər biçir. Çəkdiyi sima xoşuna gəlirsə, qiyməti baha olur. Deyir, elə bir işi olmayıb ki, qalsın, satılmasın. Əl işlərinin qiyməti 10-150 manat arasında dəyişir.

O, gününü iki yerə bölüb. Günün birinci yarısı oduncaqda oymalar edir, qalan saatlarda isə əl işlərin İçəri Şəhərdə satışa çıxarır. Alıcıları əsasən turistlərdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin e��idə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rjmq4a

Ən çox baxılan